Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK sədrindən seçki açıqlaması: “Harda pozuntu halı aşkarlanarsa, bizə məlumat verin”

“Veb-kameralar məntəqə daxilində səsvermənin bütün gedişatını izləyir. Bu tələb ciddi şəkildə həyata keçirilməlidir. Hardasa bununla bağlı pozuntu halı aşkarlanarsa, bizə məlumat verməyinizi xahiş edirik”...

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, xatırladıb ki, hazırda 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Sevindirici hal ondan ibarətdir ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaranmayıb. Veb-kamera praktikasının müəllifliyi Azərbaycana məxsusdur”.

“Biz maksimum dərəcədə çalışmalıyıq ki, seçkilər zamanı pozuntu hallarına yol verilməsin”, - deyə Mərkəzi Seçki Komissiyasının sədri əlavə edib.

M.Pənahov qeyd edib ki, istənilən qanun pozuntusu ictimaiyyət tərəfindən pis qarşılanır: “Maksimum dərəcədə çalışmalıyıq ki, bu cür hallara yol verilməsin. Bütün seçkilər Seçki Məcəlləsinin tam tələbinə uyğun olmalıdır. Bizim son illərdə seçki prosesinin keçirilməsində maarifləndirmə tədbirlərinin xüsusi rolu var”.

M.Pənahov vurğulayıb ki, seçkilər kütləvi bir prosesdir: “Dünyanın heç bir yerində heç kim seçkilərdə pozuntulardan sığortalanmayıb. Əlbəttə, arzu edərdik ki, pozuntu halları olmasın. Məqsədimiz belə halları minimuma endirməkdir. Bunun üçün daim maarifləndirmə tədbirləri həyata keçirilir”. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay